Çempionlar Liqasında mövsümün rəmzi heyəti
UEFA 2025/26 mövsümü üçün Çempionlar Liqasının rəmzi komandasını açıqlayıb.
90plus.az xəbər verir ki, heyət UEFA-nın Texniki Müşahidəçilər Qrupu tərəfindən müəyyənləşdirilib.
Çempionlar Liqasının qalibi olan PSJ rəmzi komandada ən çox təmsil olunan klub olub. Paris təmsilçisindən 5 futbolçu siyahıya daxil edilib. Mövsümün ən yaxşı oyunçusu seçilən Xviça Kvaratsxeliya sol cinahda yer alıb. Finalın ən yaxşı oyunçusu seçilən Vitinya isə yarımmüdafiədə özünə yer tapıb. Bundan başqa, Markinyos, Nunu Mendeş və Usman Dembele də rəmzi komandaya seçilən PSJ futbolçuları olublar.
Rəmzi komandada üç futbolçu ilə “Arsenal”, iki futbolçu ilə “Bayern Münhen”, bir futbolçu ilə isə Madrid “Atletiko”su təmsil olunub.
UEFA Çempionlar Liqasının 2025/26 mövsümü üzrə rəmzi komandası:
Qapıçı:
David Raya (“Arsenal”)
Müdafiəçilər:
Markos Lorente (“Atletiko Madrid”)
Markinyos (PSJ)
Qabriel (“Arsenal”)
Nunu Mendeş (PSJ)
Yarımmüdafiəçilər:
Mixael Olise (“Bayern Münhen”)
Deklan Rays (“Arsenal”)
Vitinya (PSJ)
Xviça Kvaratsxeliya (PSJ)
Hücumçular:
Usman Dembele (PSJ)
Harri Keyn (“Bayern Münhen”)
© Copyright 2026, All Rights Reserved