Arteta: “Çempionluğu PSJ-dən almağa gəlmişik”
Mikel Arteta: “PSJ çempiondur, amma biz bunu onların əlindən almağa gəlmişik”.
90plus.az xəbər verir ki, “Arsenal”ın baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının finalında PSJ ilə keçiriləcək qarşılaşma öncəsi iddialı açıqlamalar verib.
İspan mütəxəssis komandasının qarşısında tarixi fürsət olduğunu bildirib və futbolçularını bu imkandan yararlanmağa çağırıb.
“PSJ hazırkı çempiondur, amma biz bunu onların əlindən almağa gəlmişik”, – deyə Arteta vurğulayıb.
“Arsenal” çalışdırıcısının sözlərinə görə, qarşıdakı final London klubunun tarixində yeni səhifə yazmaq üçün böyük şansdır.
“Bu final klubun tarixində yeni bir fəsil yazmaq və bu anı özümüzünküləşdirmək üçün böyük fürsətdir. Buna nail olmaq üçün meydanda aydın düşüncə, böyük cəsarət və qalib gəlmək üçün dayanmayan istək nümayiş etdirməliyik”, – deyə Arteta bildirib.
İspan mütəxəssis komandasının mövsüm boyu göstərdiyi xarakterə güvəndiyini də qeyd edib. O, futbolçularının finalın təzyiqinə hazır olduğunu və kuboku qazanmaq üçün hər şeyi edəcəklərini vurğulayıb.
Qeyd: PSJ son Çempionlar Liqasının qalibi kimi finala çıxacaq. “Arsenal” isə tarixində ilk dəfə bu turnirin kubokunu qazanmağa çalışacaq.
© Copyright 2026, All Rights Reserved