Luis Enrike: “Finalda nə favorit?!”
Luis Enrike: “Finalda favorit olmur”.
90plus.az xəbər verir ki, PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının finalında “Arsenal”la keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.
İspan mütəxəssis final matçlarında favorit anlayışının olmadığını bildirib və komandasının əsas məqsədinin dünyanın ən güclü kollektivlərindən biri olaraq qalmaq olduğunu vurğulayıb.
“Finalda heç vaxt favorit olmur. Məqsədimiz dünyanın ən yaxşı komandalarından biri olmağa davam etməkdir”, – deyə Enrike bildirib.
PSJ çalışdırıcısı “Arsenal”ın uğurlarını da yüksək qiymətləndirib. O, London klubunun İngiltərə Premyer Liqasının çempionu olmasına təəccüblənmədiyini qeyd edib.
“Arsenal”ın Premyer Liqanı qazanmasına təəccüblənmirəm. Artetanın rəhbərliyi altında yeddi ildir formalaşan əla komandadır. Bu mövsüm ən sabit çıxış edən kollektiv məhz onlar olub”, – deyə Enrike əlavə edib.
İspan mütəxəssis ötən il PSJ ilə qazandığı Çempionlar Liqası zəfərinə də toxunub. O, turniri ardıcıl ikinci dəfə qazanmağın klub üçün xüsusi nailiyyət olacağını vurğulayıb.
“Çempionlar Liqasını qazanmaq ötən il PSJ üçün tarixi hadisə idi. Amma bu turniri iki il ardıcıl qazanmaq… Bu, möhtəşəm olardı. Bu, bizim üçün əlavə motivasiyadır”, – deyə baş məşqçi bildirib.
Qeyd: UEFA Çempionlar Liqasının finalında PSJ və “Arsenal” üz-üzə gələcək. Hər iki komanda mövsümün ən vacib qarşılaşmasında Avropanın ən nüfuzlu klub kuboku uğrunda mübarizə aparacaq.
© Copyright 2026, All Rights Reserved