“Atletiko Madrid”dən 11-ci oyun, 9-cu qələbə
La Liqanın 17-ci turu çərçivəsində “Atletiko Madrid” doğma meydanda “Valensiya”nı qəbul edib. Metropolitano Stadionunda keçirilən qarşılaşma Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
90plus.az xəbər verir ki, ev sahibləri hesabı matçın 17-ci dəqiqəsində Kokenin qolu ilə açıblar. “Valensiya” 63-cü dəqiqədə Beltranın vurduğu qolla tarazlığı bərpa etsə də, 74-cü dəqiqədə Antuan Qrizmann “Atletiko Madrid”ə qələbə qazandıran qola imza atıb:
Atletiko Madrid 2-1 Valensiya
Koke 17'
Beltran 63'
Qrizman 74'
Matçda vurulan qolları videoları:
https://t.me/doxsanplus/112283
https://t.me/doxsanplus/112291
Beləcə, “Atletiko Madrid” son 11 oyunda 9 qələbə qazanıb.
Bu nəticə ilə iki turdan sonra qalib gələn “Atletiko Madrid” xallarının sayını 34-ə yüksəldib. “Valensiya” isə 15 xalla turnir cədvəlində aşağı sıralarda qalıb.
© Copyright 2026, All Rights Reserved