“Man Yunayted” qalib gələ bilmədi
“Mançester Yunayted” Premyer Liqada növbəti xal itkisi ilə üzləşib.
90plus.az xəbər verir ki, 36-cı tur çərçivəsində keçirilən görüşdə “qırmızı şeytanlar” səfərdə “Sanderlend”lə qolsuz heç-heçə edib – 0:0.
Matç boyu üstün görünən tərəf Ruben Amorimin komandası olsa da, Bruno Fernandeşin çoxsaylı cəhdləri nəticə verməyib. Portuqaliyalı yarımmüdafiəçi təhlükəli zərbələri və yaradıcı ötürmələri ilə diqqət çəksə də, komandasını qələbəyə daşıya bilməyib.
Maraqlıdır ki, Bruno Fernandeş bu oyuna İngiltərədə ilin futbolçusu mükafatını qazandıqdan dərhal sonra çıxmışdı. Lakin fərdi uğur kollektiv nəticəyə təsir etməyib.
Bu nəticədən sonra “Mançester Yunayted” turnir cədvəlində 3-cü pillədə qalıb. “Sanderlend” isə vacib xal qazanaraq mövqeyini gücləndirib - 8-ci yerdədir.
© Copyright 2026, All Rights Reserved