“Liverpul” xal itiridi, “Çelsi” “tilsimi qırdı”
“Liverpul” xal itkisi yaşadı, “Çelsi” isə seriyanı qırdı.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 36-cı turunda “Liverpul” doğma meydanda “Çelsi” ilə 1:1 hesablı heç-heçə edib:
Liverpul 1 - 1 Çelsi
R. Qravenbex 6’
E. Fernandes 35’
Qol: https://t.me/doxsanplus/116821
Maraqlıdır ki, Rayan Qravenberx bu mövsüm qol baxımından ötən mövsümlə müqayisədə xeyli məhsuldar çıxış edir. Niderlandlı yarımmüdafiəçi ötən mövsüm qol vura bilmədiyi halda, cari mövsümdə artıq 6 dəfə fərqlənib.
Enzo Fernandes üçün də bu mövsüm uğurlu keçir. Argentinalı yarımmüdafiəçi “Çelsi” forması ilə bütün turnirlərdə 20 qol töhfəsinə çatıb. Onun aktivində 14 qol və 6 assist var.
Bu nəticə ilə “Çelsi” “Enfild”dəki məğlubiyyət seriyasına son qoysa da, səfərdən yalnız 1 xalla ayrılıb. “Liverpul” isə vacib xal itkisi yaşayıb.
Hazırda “Liverpul” turnir cədvəlində 4-cü, “Çelsi” isə 9-cu pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved