“Sumqayıt” son dəqiqədə uddu
“Sumqayıt” son dəqiqə avtoqolu ilə qalib gəldi.
90plus.az xəbər verir ki, Misli Premyer Liqasında 31-ci turun daha bir oyunu keçirilib. “Sumqayıt” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edib.
Qonşu pillələrdə qərarlaşan komandaların dueli əlavə olunmuş dəqiqələrdə həll olunub. 90+3-cü dəqiqədə Rahil Məmmədovun avtoqolu “Sumqayıt”a qələbə qazandırıb:
Sumqayıt 2 - 1 Araz
A. Ramalinqom 45+2’
Ba Muaka Simakala 63’
Rahil Məmmədov 90+3 (ö.q.)
Qollar: https://t.me/doxsanplus/116830
Bu nəticədən sonra “Sumqayıt” xallarını artıraraq turnir cədvəlində 6-cı pilləyə yüksəlib. “Araz-Naxçıvan” isə 7-ci sıraya geriləyib.
© Copyright 2026, All Rights Reserved