“Real”da daxili söhbətləri mediaya sızdıran axtarılır
"Real Madrid" klubunda “mətbuat sızıntısı” ilə bağlı ciddi daxili araşdırma başladılıb. Bu barədə “As” nəşri məlumat yayıb.
90plus.az xəbər verir ki, klub rəhbərliyi komanda otağından mətbuata məxfi məlumatların sızdırılmasından dərin məyusluq ifadə edib və bunu klub dəyərlərinə qarşı təhlükəli bir davranış kimi qiymətləndirib.
Məlumata görə, aşağıdakılar da daxil olmaqla müxtəlif məlumatlar davamlı şəkildə mediaya ötürülür:
Bu məlumatların ya futbolçuların özləri, ya onların yaxın ətrafı, ya da klub daxilində olan digər əməkdaşlar tərəfindən sızdırıldığı bildirilir.
Vəziyyət o həddə çatıb ki, klub rəsmiləri sızıntıların kim tərəfindən edildiyini tapmaq üçün “tələ qurmaq” variantını belə nəzərdən keçirib.
Eyni zamanda qeyd olunub ki, əvvəlcə Federiko Valverde Aurelien Çomenidən şübhələnsə də, onun bu sızıntılarla heç bir əlaqəsi yoxdur.
© Copyright 2026, All Rights Reserved