Kriştiano: 100; Feliks: Het-trik!
“Kriştiano şousu” – “Əl-Nəsr” çempionluğa bir addım qaldı!
90plus.az xəbər verir ki, Kriştiano Ronaldo Səudiyyə Pro Liqasında növbəti tarixi göstəriciyə imza atıb.
Portuqaliyalı ulduz “Əl-Şəbab”la oyunda (4-2) fərqlənərək turnirdəki qol sayını 100-ə çatdırıb. Bununla da Kriştiano peşəkar karyerasında 971-ci qolunu vurub.
Onun Səudiyyə Pro Liqasındakı ümumi statistikası belədir:
105 oyun
100 qol
18 məhsuldar ötürmə
Ötən gecə Kriştianonun 1, Joau Feliksin isə 3 qolu sayəsində "Əl-Nəsr" səfərdə "Əl-Şəbab" üzərində 4:2 hesablı qələbə qazanıb.
Bu nəticədən sonra “Əl-Nəsr” çempionluq uğrunda həlledici üstünlük əldə edib. Komanda hazırda 82 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. Ən yaxın izləyicisi Əl-Hilalin isə 77 xalı var.
Artıq gələn tur keçiriləcək “Əl-Nəsr” – “Əl-Hilal” qarşılaşması çempionun taleyini müəyyənləşdirə bilər. Əgər “Əl-Nəsr” bu oyunda qələbə qazansa, vaxtından əvvəl çempion olacaq.
Qarşılaşma 12 may tarixində, saat 22:00-da start götürəcək.
© Copyright 2026, All Rights Reserved