Çempionlar Liqası: öndəgedənlər sıradan çıxdı

Bu mövsüm UEFA Çempionlar Liqasında Liqa mərhələsini ilk 8-likdə tamamlayan 8 klubdan 4-ü artıq 1/8 finalda mübarizəni dayandırıb.
90plus.az xəbər verir ki, bunlardan biri lider olan "Liverpul"dur. Bundan başqa, Liqa mərhələsinin cədvəlində 5-ci yerdə dayanan "Atlétiko Madrid", 6-cı yerdəki "Bayer Leverkuzen" və 7-ci yerin sahibi, Fransa təmsilçisi "Lill" kollektivləri də 1/4-ə adlamadalılar.
Liqa mərhələsini ilk 8-likdən kənarda tamamlayan 8 klubdan 4-ü isə artıq 1/4 finala qədər irəliləyib:
Borussiya Dortmund -10
Real Madrid - 11
Bayern Münhen - 12
PSJ - 15.
© Copyright 2025, All Rights Reserved