“Kəpəz” Azər Bağırovu yola saldı
“Kəpəz” Azər Bağırovla yollarını ayırdı.
90plus.az xəbər verir ki, “Kəpəz”də baş məşqçi dəyişikliyi baş verib. Gəncə təmsilçisi Azər Bağırovla əməkdaşlığın başa çatdığını rəsmən açıqlayıb.
Klubun yaydığı məlumata görə, tərəflər arasında yeni müqavilə ilə bağlı aparılan danışıqlar müsbət nəticələnməyib. Nəticədə mütəxəssis komandadakı fəaliyyətini başa vurub.
“Kəpəz” rəhbərliyi açıqlamasında Azər Bağırova göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
Azər Bağırov 2024-cü ilin oktyabrında komandanın sükanı arxasına keçmişdi. Onun rəhbərliyi altında mövsümün çətin dönəmini yaşayan Gəncə təmsilçisi nəticələrini yaxşılaşdırmağa nail olmuşdu. Komanda sonradan daha stabil çıxış sərgiləyərək Premyer Liqadakı yerini qorumuşdu.
Beləliklə, “Kəpəz” üçün uğurlu missiyanı yerinə yetirən Azər Bağırovun klubdakı dövrü başa çatıb. İndi isə diqqətlər Gəncə təmsilçisinin yeni baş məşqçi seçiminə yönələcək.
© Copyright 2026, All Rights Reserved