DÇ-2026: İspaniya yekun heyəti açıqladı
Lamin Yamalın liderlik etdiyi yenilənmiş İspaniya millisi 2026-cı ildə ikinci dünya çempionluğu arzusundadır.
90plus.az xəbər verir ki, İspaniya ikinci ulduz uğrunda mübarizə aparacaq heyəti rəsmən açıqlayıb.
İspaniya milli komandası 2026-cı il Dünya Çempionatında ölkəni təmsil edəcək futbolçuların siyahısını rəsmən təsdiqləyib. “La Roja” Cənubi Afrika-2010-dan sonra ilk dəfə futbolun ən böyük mükafatını qazanmağa çalışacaq.
Luis de la Fuentenin rəhbərlik etdiyi komanda ABŞ, Meksika və Kanadada keçiriləcək turnirə Lamin Yamal, Pedri, Rodri, Niko Uilyams kimi ulduzlarla yollanacaq. Heyətin açıqlanmasının ən emosional məqamlarından biri isə Qavinin geri dönüşü olub.
Siyahıda bir neçə sürpriz qərar da yer alıb. Xüsusilə, “Real Madrid”dən heç bir futbolçunun çağırılmaması diqqət çəkib. Bu da Madrid təmsilçisinin keçirdiyi çətin mövsümün göstəricisi kimi qiymətləndirilir.
İspaniyanın 2026 Dünya Çempionatı üçün heyəti
Qapıçılar
Unai Simon — “Atletik Bilbao” (LaLiqa)
David Raya — “Arsenal” (Premyer Liqa)
Joan Qarsiya — “Barselona” (LaLiqa)
Müdafiəçilər
Markos Lyorente — “Atletiko Madrid” (LaLiqa)
Pedro Porro — “Tottenhem” (Premyer Liqa)
Erik Qarsiya — “Barselona” (LaLiqa)
Mark Pubill — “Barselona” (LaLiqa)
Aymerik Laport — “Atletik Bilbao” (LaLiqa)
Pau Kubarsi — “Barselona” (LaLiqa)
Mark Kukurelya — “Çelsi” (Premyer Liqa)
Alex Qrimaldo — “Bayer Leverkuzen” (Bundesliqa)
Yarımmüdafiəçilər
Pedri — “Barselona” (LaLiqa)
Fabian Ruiz — PSJ (Liqa 1)
Martin Subimendi — “Real Sosyedad” (LaLiqa)
Qavi — “Barselona” (LaLiqa)
Rodri — “Mançester Siti” (Premyer Liqa)
Aleks Baena — “Vilyarreal” (LaLiqa)
Mikel Merino — “Arsenal” (Premyer Liqa)
Hücumçular
Mikel Oyarzabal — “Real Sosyedad” (LaLiqa)
Dani Olmo — “Barselona” (LaLiqa)
Niko Uilyams — “Atletik Bilbao” (LaLiqa)
Yeremi Pino — “Vilyarreal” (LaLiqa)
Ferran Torres — “Barselona” (LaLiqa)
Borxa İqlesias — “Selta Viqo” (LaLiqa)
Viktor Munyos — “Osasuna” (LaLiqa)
Lamin Yamal — “Barselona” (LaLiqa)
Baş məşqçi
Luis de la Fuente