Xabi Alonso Mbappenin anası ilə təmas qurub
“Çelsi” Mbappe üçün hərəkətə keçdi – Xabi Alonso sensasiyalı transfer istəyir.
90plus.az xəbər verir ki, "Çelsi" hücum xəttini gücləndirmək üçün böyük transfer planı üzərində işləyir. İddialara görə, London klubu Kilian Mbappe üçün ilkin əlaqə yaradıb və hətta futbolçunun anası ilə də təmas qurulub - El Nacional.
Məlumata görə, “Çelsi”nin yeni baş məşqçisi Xabi Alonso bu transferin əsas təşəbbüskarlarından biridir. İspan mütəxəssis Mbappe ilə “Real Madrid”də birgə keçirdiyi dövrdə formalaşan münasibətləri yenidən canlandırmaq və onu London klubuna gətirmək istəyir.
Bildirilir ki, Alonso Mbappeni “Stemford Bric”də görməyi ciddi şəkildə planlaşdırır və rəhbərliyə bu transfer üçün yaşıl işıq verilməsi istiqamətində təzyiq göstərir.
Futbolçunun hazırkı klubu "Real Madrid" isə vəziyyəti diqqətlə izləyir. Lakin hələlik tərəflər arasında rəsmi danışıqların başlanıb-başlanmadığı barədə dəqiq məlumat yoxdur.
Qeyd: Bu iddialar İspaniya mətbuatına istinadən yayılıb və transferin reallaşması üçün böyük maliyyə və müqavilə şərtlərinin həlledici olacağı bildirilir.
© Copyright 2026, All Rights Reserved