Ozan Can Kökçü oynamadı, komandası elitadan getdi
Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünin çıxış etdiyi “Volendam” elitadan düşdü.
90plus.az xəbər verir ki, "Volendam” Niderland futbolunda həlledici pley-off duelini uduzaraq elitada yerini itirib.
Komanda “Villem II” ilə keçirilən cavab görüşünə ilk oyunda 2:1 qələbə üstünlüyü ilə çıxsa da, bu avantajı qoruya bilməyib. Cavab matçında 2:1 hesabı ilə məğlub olan “Volendam” ümumi nəticəni tarazlayıb.
Qalibin taleyi əlavə vaxtdan sonra penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan “Villem II” 5:4 hesabı ilə qələbə qazanaraq Erediviziyaya vəsiqəni əldə edib.
“Volendam” isə növbəti mövsümdə 1-ci liqada çıxış edəcək.
Qeyd: Ozan Can Kökçü bu qarşılaşmada meydana çıxmayıb və adını oyun protokoluna da daxil etməyib.
© Copyright 2026, All Rights Reserved