“Sabah”ln Ç/L-dəki mümkün rəqibləri onlardır
“Sabah”ın Çempionlar Liqasındakı mümkün rəqibləri bəlli oldu!
90plus.az xəbər verir ki, Azərbaycanın “Sabah” klubu UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində üz-üzə gələ biləcəyi bütün potensial rəqiblərini öyrənib.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, iyunun 16-da keçiriləcək püşkatma “Sabah”ın Avropadakı ilk sınağını müəyyənləşdirəcək.
Komandanın 1-ci təsnifat mərhələsində qarşılaşa biləcəyi 14 mümkün rəqib isə bunlardır:
İrlandiyanın “Şemrok Rovers”, Uelsin TNS, İslandiyanın “Vikinqur”, Şimali İrlandiyanın “Larne”, Finlandiyanın “KuPS”, Qazaxıstanın “Kayrat”, Moldovanın “Petrokub”, Estoniyanın “Flora”, Cəbəllütariqin “Linkoln”, Rumıniyanın “Universitatya”, Farer adalarının “Klaksvik”, Kosovonun “Drita”, Bosniya və Herseqovinanın “Borats” və Latviyanın “Riqa”.
Qeyd: İlk təsnifat mərhələsinin oyunları 7/8 və 14/15 iyul tarixlərində baş tutacaq.
Beləliklə, “Sabah”ın Avropa yolundakı ilk rəqibi yaxın günlərdə atılacaq püşkatmadan sonra müəyyənləşəcək.
© Copyright 2026, All Rights Reserved