“İnter Mayami” Kazemironu alır
"İnter Mayami" Kazemiro transferini yekunlaşdırmağa yaxındır.
90plus.az xəbər verir ki, MLS təmsilçisi braziliyalı yarımmüdafiəçinin keçidi üçün bir neçə aydır danışıqları davam etdirir. Transferlə bağlı ilkin məlumatlar hələ mart ayında yayılmışdı.
Mənbəyə görə, Kazemiro növbəti dayanacaq kimi məhz Mayami klubunu seçmək istəyir və tərəflər arasında razılaşmanın qısa zamanda rəsmiləşəcəyi gözlənilir.
Təcrübəli futbolçunun planı əvvəlcə mövsümü Manchester Uniteddə başa vurmaq, daha sonra isə “İnter Mayami”yə qoşulmaq olub.
33 yaşlı dayaq yarımmüdafiəçisi 2022-ci ildən “Mançester Yunayted”in formasını geyinir. O, daha əvvəl "Real Madrid"in heyətində çoxsaylı titullar qazanıb.
© Copyright 2026, All Rights Reserved