Mourinyo Morten Yulmanı istəyir
“Real Madrid”in yarımmüdafiə planı: Mourinyo Morten Yulmanı istəyir, Rodri gündəmdə qalır.
90plus.az xəbər verir ki, “Real Madrid”də yay transfer planları ilə bağlı yeni iddialar ortaya çıxıb.
433 yazır ki, Joze Mourinyo klubdan bu yay “Sportinq”in yarımmüdafiəçisi Morten Yulmanın transferini istəyib. Portuqaliya klubunun futbolçu üçün təxminən 50 milyon avro tələb edəcəyi bildirilir. Mourinyonun Yulmanı “Real Madrid”in yarımmüdafiəsində balans və nəzarət yarada biləcək profil kimi gördüyü qeyd olunur.
Bundan əlavə, Rodri məsələsi də gündəmdə qalır. “Marca”nın xəbərinə görə, ispaniyalı yarımmüdafiəçi “Real Madrid”in əsas hədəflərindən biri olaraq qalır. Bildirilir ki, Pep Qvardiolanın “Mançester Siti”dən ayrılacağı ehtimalı Rodrinin İspaniyaya dönüş ehtimalını artıra bilər.
Klub daxilində isə doğru şərait yaranarsa, bu transferin mümkün ola biləcəyinə inam var. “Real Madrid”in Rodrinin liderlik keyfiyyətlərini, taktiki zəka və oyunu idarəetmə bacarığını yüksək qiymətləndirdiyi vurğulanır.
Eyni zamanda, iddialara görə Mourinyo öz yanında “Real Madrid”in keçmiş futbolçularından birini də görmək istəyir. Bundan başqa, o, klub rəhbərliyi ilə komanda arasında əlaqə yaradan bir fiqurun olmasını da vacib sayır və bu rol üçün Toni Krossun adı çəkilir.
© Copyright 2026, All Rights Reserved