Hansi Flik: "Real" üzərində qələbə bizə motivasiya verdi"

Flik: “'İnter' güclü rəqibdir, amma komandam finala çıxmağa hazırdır”
90plus.az xəbər verir ki, "'Barselona" klubunun baş məşqçisi Hansi Flik Çempionlar Liqasının qarşıdan gələn "İnter"lə oyundan öncə mətbuat konfransında çıxış edib. Alman mütəxəssis komandasının hazırkı vəziyyəti və qarşıda duran çətinliklər haqqında danışıb.
“Hazırda yalnız ilk oyuna fokuslanmışıq. Bu, atmalı olduğumuz ilk addımdır. 'İnter' çox çətin rəqibdir. Düşünürəm ki, onların müdafiəsi Avropanın ən yaxşılarındandır,” – deyə Flik bildirib.
"Real Madrid"ə qarşı qazandıqları final haqqında:
“'Real Madrid"ə qarşı final qazanmaq təbii ki, xüsusi əhəmiyyət daşıyır. Oyunun sonunda duyğular çox güclü idi. Tam diqqətli olmalıyıq. Komandanın vəziyyəti yaxşıdır, məşqlər də uğurlu keçdi.”
Son görüşlərdən çıxarılan dərslər barəsində:
“Rəqibi analiz etdik, nə etməli olduğumuzu müzakirə etdik. 'Real Madrid"ə qarşı son matçdan nələri öyrənməli olduğumuzu və nələri təkmilləşdirməli olduğumuzu danışdıq.”
Rotasiyalarla bağlı:
“Bunu sabah görəcəyik. Bu gün start heyəti barədə danışmaq üçün doğru gün deyil. Oyuna bir gün var və oyunçuların bərpasını gözləyirik.”
Gənc futbolçu Fermin haqqında:
“Fermin hər zaman bir seçimdir. Şənbə günü fərqli qərar verdik, amma o, yaxşı çıxış etdi. Daim oyuna hazırdır və yaxşı formadadır.”
“'Real Madrid' üzərində qələbə komandanın motivasiyası üçün vacibdir. Bu, bizə əlavə güc verə bilər. Finala çıxmaq mümkündür. Bəzi oyunçular üçün bu, finala çıxmaq üçün son şans ola bilər,” – deyə o əlavə edib.
Qapıçı ilə bağlı da açıqlama:
“Çempionlar Liqasında Ter Ştegen oynayacaq. La Liqada isə rotasiyalar ola bilər, amma bu, başqa günün mövzusudur.”
Kunde haqqında:
“Kunde çox peşəkar oyunçudur. Sadəcə qol vurduğu üçün yox, eyni zamanda müdafiədəki çıxışı ilə də bizi razı saldı. Hazırda çox yüksək səviyyədə oynayır.”
“'Barselona'da işləməkdən çox məmnunam. Burada olmaq, bu klubun və heyətin bir hissəsi olmaq mənim üçün böyük xoşbəxtlikdir,” – deyə Flik sözlərini tamamlayıb.