Millimiz Fransa səddini də aşdı, lider oldu
Azərbaycan Fransa səddini də aşdı, qrupu zirvədə tamamladı.
90plus.az xəbər verir ki, Slovakiyada təşkil olunan minifutbol üzrə Avropa çempionatında Azərbaycan millisi qrup mərhələsini maksimum nəticə ilə başa vurub.
F qrupundakı son oyununda Fransa ilə qarşılaşan yığmamız gərgin mübarizə şəraitində keçən görüşdən qalib ayrılıb. Beş qolun vurulduğu matçda Azərbaycan rəqibini 3:2 hesabı ilə məğlub edib.
Komandamızın qələbəsində Cəfər Cəfərov, Elvin Əlizadə və Ramiz Çovdarovun vurduğu qollar həlledici rol oynayıb.
Beləliklə, millimiz qrup mərhələsində keçirdiyi hər üç oyundan qalib ayrılaraq F qrupunun lideri kimi növbəti mərhələyə yüksəlib.
Azərbaycan yığması turnirdəki çıxışına Avstriya üzərində 1:0 hesablı qələbə ilə start vermişdi. Komandamız ikinci turda isə İtaliya millisini 3:0 hesabı ilə məğlub etmişdi.
Üç oyunda üç qələbə qazanan millimiz Avropa çempionatında çempionluq yolunda inamlı addımlamaqda davam edir.
© Copyright 2026, All Rights Reserved