Karletto: “Atletiko bu turniri başıdik tərk edir”

"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 finalında "Atletiko"nu mübarizədən kənarlaşdırdıqları matç (Ümumi hesab: 2-2, Penaltilər: 2-4) barədə danışıb.
90plus.az xəbər verir ki, 65 yaşlı italyan mütəxəssis sevinci bu sözlərlə ifadə edib:
”Çətin və ağır oyun oldu, biz isə ilk dəqiqədən etibarən özümüz üçün daha da çətinləşdirdik.
Rəqibin qolu oyunun gedişatını dəyişdi. Onlar yaxşı müdafiə olunurlar və əks-hücumlarda təhlükəlidirlər, biz isə hücumda çətinlik çəkdik. Bütün çətinliklərə baxmayaraq, penaltilərə qədər gəlib və qalib gələ bildik.
Belə çətin oyunlara öyrəşmişik. Bu turnir bizim üçün çox vacibdir və çətin rəqib olan Atletikoya qarşı dörddəbir finala yüksəlmək bizim üçün önəmli idi.
Yorğun, amma xoşbəxtik. Oyun çox ağır keçdi. Mövsüm çox sıx qrafikdədir, həddindən artıq çox oyun var və hamımız bunun gərginliyini hiss edirik.
Heç vaxt oyundan tamamilə kənarda qalmadıq. Ən yaxşı oyunumuzu oynamadıq, amma vacib olan sakit qalmaq idi. Əsas məsələ onların əks-hücumlarını dayandırmaq idi, çünki onların ən güclü silahı budur.
Penalti seriyası həmişə şansa bağlıdır, qəpiyin gerb-yazısı kimi bir şeydir. Bu gün bizim üçün uğurlu oldu. Atletiko bu turniri başıdik tərk edir, çünki onlar ən yaxşı səviyyədə oynadılar.
Endrik sonuncu penaltini vurmalı idi. Amma üzünə baxdım və onun inamsız olduğunu hiss etdim, ona görə də Rüdigeri seçdim".
Qeyd: "Real" Çempionlar Liqasının 1/4 finalında "Arsenal"la qarşılaşacaq.
© Copyright 2025, All Rights Reserved