“Kəpəz” “Sabah”ı uddu
“Sabah” 0-1 “Kəpəz” – sensasiyalı nəticə!
90plus.az xəbər verir ki, Azərbaycan çempionatının 31-ci turunda gözlənilməz nəticə qeydə alınıb. 2 tur öncə artıq çempionluğunu rəsmiləşdirən “Sabah” doğma meydanda Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Kəpəz”ə minimal hesabla məğlub olub.
Yeganə qol 46-cı dəqiqədə Rəhman Hacıyevdən gəlib. Gəncə təmsilçisi bu qolla vacib 3 xal qazanaraq turnir cədvəlində mövqeyini bir qədər də möhkəmləndirib.
Bu qələbədən sonra “Kəpəz” sondan 2 pillə yuxarıda – 10-cu sırada qərarlaşıb və aşağı liqa təhlükəsindən bir qədər uzaqlaşıb.
© Copyright 2026, All Rights Reserved