Mbappenin gedişinə 50 milyon imza toplandı
Mbappeyə qarşı petisiya böyüyür: 50 milyona yaxın imza toplandı. Mbappenin kefi isə yerindədir.
90plus.az xəbər verir ki, “Real Madrid”in hücumçusu Kylian Mbappé ətrafında qalmaqallar səngimək bilmir.
Fransalı ulduzun komandadan göndərilməsi üçün başladılan onlayn petisiya artıq 50 milyona yaxın imza toplayıb.
“Mbappe Fuera” adlı platformada yayımlanan bəyanatda azarkeşlərə belə müraciət olunub:
“Madridistalar, səsinizi eşitdirin. Əgər dəyişiklik lazım olduğunu düşünürsünüzsə, susmayın — bu petisiyanı imzalayın və klubun gələcəyi üçün ən yaxşı hesab etdiyiniz mövqeni dəstəkləyin”.
Buna baxmayaraq, yayılan məlumatlara görə, “Real Madrid” rəhbərliyi yay transfer dönəmində Mbappeni satmağı planlaşdırmır.
Maraqlıdır ki, bütün bu müzakirələr fonunda 26 yaşlı futbolçunun klubun bugünkü məşqinə kifayət qədər rahat və yüksək əhval-ruhiyyədə gəldiyi görüntülənib.
© Copyright 2026, All Rights Reserved