Kərim Rossi “Şamaxı”dan getdi
“Şamaxı”dan iki ayrılıq – komandanın bombardiri də getdi.
90plus.az xəbər verir ki, “Şamaxı” yay fasiləsində heyətdə dəyişikliklərə start verib. Bölgə təmsilçisi iki futbolçu – Kərim Rossi və Rüfət Abbasovla yollarını ayırdığını açıqlayıb.
Klubun yaydığı məlumata görə, hər iki oyunçunun müqavilə müddəti başa çatdığı üçün əməkdaşlığa son qoyulub. “Şamaxı” futbolçulara göstərdikləri xidmətlərə görə təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.
Komandadan ayrılanlar arasında xüsusilə Kərim Rossinin gedişi diqqət çəkir. 32 yaşlı hücumçu ötən ildən “Şamaxı”nın formasını geyinirdi və 2024/25 mövsümündə Premyer Liqada vurduğu 10 qolla komandanın ən məhsuldar futbolçusu olmuşdu.
Müdafiəçi Rüfət Abbasov da artıq “Şamaxı” ilə vidalaşan futbolçular sırasına qoşulub. Klubun yaxın günlərdə heyətlə bağlı yeni qərarlar açıqlayacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved