Kurtua: “Özlərini qurban kimi göstərib şikayət etmələrindən yorulmuşam”

”Real Madrid”in qapıçısı Tibo Kurtua “Atletiko”nun ləğv olunan penaltisi barədə danışıb.
90plus.az xəbər verir ki, 32 yaşlı belçikalı qolkiper rəqibi barədə bunları deyib:
"Dieqo Simeone Alvarezin penalti qərarının səhvən ləğv edildiyini dedi? Mən artıq onların hər dəfə “Real Madrid”ə qarşı oynayarkən özlərini qurban kimi göstərib şikayət etmələrindən yorulmuşam. UEFA bunu çox aydın görür. Biz ən yaxşı oyunumuzu oynamadıq, amma irəlidəyik. Onlar ilk dəqiqədə qol vurdu, amma oyunun orada bitdiyini düşündülər və ikinci qolu atmağa çalışmadılar. Bu, onların səhvi idi".
Qeyd: Ötən gecə Çempionlar Liqasının 1/8 finalında Madrid derbisi ümumən 2-2 bitdiyindən penaltilər oynanılıb və "Real" 2-4 üstün olaraq 1/4-ə adlayıb, "Atletiko" mübarizəni saxlayıb.
Həmçinin oxu:
https://www.90plus.az/alvarezin-topa-2-df-toxundugunu-gorn-lini-qaldrsn/xeber/
© Copyright 2025, All Rights Reserved