Qurban Qurbanov Elvin Cəfərquliyevdən danışdı
Qurban Qurbanov Elvin Cəfərquliyevin vəziyyətinə aydınlıq gətirdi.
90plus.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında "Qarabağ"ın "Neftçi"yə 1:2 hesabı ilə məğlub olduğu oyundan sonra baş məşqçi Qurban Qurbanov mətbuat konfransında Elvin Cəfərquliyevlə bağlı sualları cavablandırıb.
Təcrübəli mütəxəssis futbolçunun hazırkı durumunda dəyişiklik olmadığını bildirib:
“Elvinlə bağlı vəziyyət hələ ki, necə var, elə də qalır.”
Qurbanov qeyd edib ki, növbəti mövsümlə bağlı planlar hələ tam formalaşmayıb:
“Gələn mövsüm üçün hazırlıq planını hələ tam dəqiqləşdirməmişəm. Çünki qarşıda bir neçə oyunumuz var.”
Baş məşqçi əvəzedici heyətə göndərilən futbolçuların oyun praktikası ilə bağlı məsələyə də toxunub:
“Əvəzedici heyətə göndərilən futbolçuların orada oynamamasına gəldikdə, mən onların meydana çıxmaması ilə bağlı heç bir xüsusi tapşırıq verməmişəm.”
O, oyunçuların seçimində sərbəst olduqlarını vurğulayıb:
“Əgər istəsələr, çıxıb oynaya bilərlər.”
Beləliklə, Qurbanov həm Cəfərquliyevin gələcəyi, həm də əvəzedici heyətlə bağlı yayılan müzakirələrə qısa da olsa aydınlıq gətirib.
© Copyright 2026, All Rights Reserved