Çempionlar Liqası: Həftənin komandası qurulub
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin rəsmi komandasını açıqlayıb. Siyahıya hücumda dominant çıxışı ilə seçilən “Paris Sen-Jermen” liderlik edir.
90plus.az xəbər verir ki, PSJ evdə vurduğu 5 qoldan sonra siyahıda 4 futbolçu ilə təmsil olunub. Usman Dembele iki qol və bir assistlə fərqlənərək ön plana çıxıb. Xviça Kvaratsxeliya dubl edib. Joau Neveş və Vitinya da çıxışlarına görə seçilənlər arasında yer alıb.
“Bayern Münhen” məğlub olmasına baxmayaraq, komandada fərqlənən oyunçular olub. Maykl Olise qol vurub, Luis Dias da fərqlənib. Dayo Upamekano isə yüksək hesablı qarşılaşmada adını tabloya yazdırıb.
Digər yarımfinal matçında “Atletiko Madrid” komandası Mark Pubil və Antuan Qrizmann ilə təmsil olunub. “Arsenal” isə heç-heçə ilə başa çatan oyundan sonra Qabriel Maqalyans və David Raya ilə siyahıda yer alıb.
© Copyright 2026, All Rights Reserved