Mateus Kunya mundiala qədər meydana çıxmayacaq
“Mançester Yunayted” və Braziliya Futbol Konfederasiyası Mateus Kunya ilə bağlı ortaq qərara gəlib.
90plus.az xəbər verir ki, ESPN Brasil-in yaydığı məlumata görə, braziliyalı hücumçu Premyer Liqada mövsümün qalan son üç oyununda iştirak etməyəcək. Tərəflər futbolçunun tam bərpa olunaraq Dünya Çempionatına hazır vəziyyətdə qatılması üçün riskə getməməyi qərara alıblar.
Bildirilir ki, Mateus Kunya son günlərdə adduktor (bud əzələsində) nahiyəsində problem yaşayır. Buna baxmayaraq, o, ağrıları tam keçmədən “Liverpul”a qarşı matçda meydanda olub. Tibbi heyətin və Braziliya millisinin nümayəndələrinin apardığı müzakirələrdən sonra futbolçunun istirahət etməsinin daha məqsədəuyğun olduğu qənaətinə gəlinib.
Beləliklə, “Mançester Yunayted” mövsümün son hissəsində əsas hücumçularından birindən məhrum olacaq. Klubun məşqçilər korpusu isə Kunyanın uzunmüddətli sağlamlığını prioritet hesab edir.
Qeyd: Mateus Kunya son aylarda “qırmızı şeytanlar”ın hücum xəttində vacib fiqurlardan birinə çevrilmişdi. Braziliyalı futbolçunun Dünya Çempionatına qədər tam hazır vəziyyətə gətirilməsi əsas məqsəd kimi göstərilir.
© Copyright 2026, All Rights Reserved