Mourinyo Portuqaliya millisini çalışdırmaqdan imtina etdi.
90plus.az xəbər verir ki, Mourinyo hələ milli üçün vaxtın gəlmədiyini bildirib:
“Hədəfim “Fənərbaxça”da uğur qazanmaqdır. Klub mənim burada uzun müddət qalmağımı istəyir. Əvvəllər milli komandalardan təklif almışdım, rədd etdim. Bu, məni sevindirəcək iş deyil. Ayda bir-iki oyun, futbolçuların klublardakı oyunlarını izləmək, turnirləri gözləmək... İndi çox enerjim var. Ola bilsin ki, bir gün qocalıb yorulanda milliyə rəhbərlik edəcəyəm. Amma hələ bu an gəlməyib”.
Qeyd: Mourinyonun 61 yaşı var və müqaviləsi 2026-cı ilə qədərdir.
© Copyright 2024, All Rights Reserved