"Neftçi"-"Zirə" oyunundan qol səsi çıxmadı
Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu baş tutub.
90plus.az xəbər verir ki, günün ikinci matçında “Neftçi” “Zirə”ni qəbul edib və qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
Bu nəticədən sonra “Neftçi” 21 xalla 7-ci, qonaqlar isə 29 xalla 3-cü pillədə yer alıb.
Günün ilk görüşündə “Araz-Naxçıvan” və “İmişli” 2:2 hesabı ilə heç-heçə ediblər.
Qeyd: Tura yanvarın 25-də yekun vurulacaq.
© Copyright 2026, All Rights Reserved