Neymar gənc futbolçunu sıxışdırıb
Braziliya futbolunda diqqətçəkən insident yaşanıb. Neymar məşq zamanı 18 yaşlı Robinyo Junior ilə gərgin qarşıdurma yaşayıb.
90plus.az xəbər verir ki, hadisə gənc futbolçunun məşq zamanı etdiyi driblinqdən sonra baş verib. Bildirilir ki, Neymar epizoda əsəbi reaksiya verib və tərəflər arasında gərginlik yaranıb - ESPN Brasil.
Mənbənin məlumatına əsasən, insidentdən sonra təcrübəli hücumçu davranışına görə peşman olduğunu bildirib. Neymar həm futbolçudan, həm də onun ailəsindən üzr istəyib və hadisədə səhvin özündə olduğunu qəbul edib.
Bununla belə, yaşanan hadisənin Robinyo Jr-a psixoloji təsir etdiyi və gənc oyunçunun insidentdən sarsıldığı qeyd olunur.
Hadisənin klub daxilində də müzakirə mövzusuna çevrildiyi bildirilir. Neymarın sonradan vəziyyəti yumşaltmağa çalışmasına baxmayaraq, məşqdə baş verən qarşıdurma Braziliya mediasında geniş rezonans doğurub.
© Copyright 2026, All Rights Reserved