PSV azarkeşlərin pullarını özlərinə qaytardı

Hollandiya təmsilçisi PSV bu gecəyarısı "Arsenal"la keçiriləcək Çempionlar Liqasının 1/8 final cavab oyunu üçün bilet alan azarkeşlərin pulunu geri qaytarıb.
90plus.az xəbər verir ki, klubun bu addımı atmasının əsas səbəbi son vaxtlar komandanın göstərdiyi uğursuz çıxışdır. PSV rəhbərliyi azarkeşlərindən üzr istəmək və onların dəstəyini qiymətləndirmək məqsədilə bu qərarı qəbul edib. Bu jest üçün klub 200.000 avrodan çox vəsait xərcləyəcək.
Xatırlatma: İlk oyun PSV üçün ağır məğlubiyyətlə nəticələnib – komanda öz meydanında "Arsenal"a 1:7 hesabı ilə uduzub. Cavab oyunu bu gecə, Bakı vaxtı ilə saat 00:00-da Londonda baş tutacaq.
📰: RikElFrink
© Copyright 2025, All Rights Reserved