“Qarabağ” “Liverpul” matçından öncə “Kəpəz”ə uduzdu
“Qarabağ”dan sensasion məğlubiyyət – “Kəpəz” Gəncədə qalib gəldi.
90plus.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının 8-ci turunda "Liverpul”la keçirəcəyi vacib oyun ərəfəsində yerli çempionatda gözlənilməz məğlubiyyətlə üzləşib. Ağdam təmsilçisi Misli Premyer Liqasının 17-ci turu çərçivəsində səfərdə “Kəpəz”ə 0:2 hesabı ilə uduzub.
Bu nəticə ilə “Kəpəz” cari mövsümdə ilk dəfə “Köhlən atlar”ı məğlub etməyi bacarıb və turun ən böyük sensasiyalarından birinə imza atıb. “Qarabağ” isə Çempionlar Liqası öncəsi əhval-ruhiyyə baxımından ciddi zərbə alıb:
Qarabağ 0 - 2 Kəpəz
Ohori 24’
E. Şahverdiyev 55’
Qollar: https://t.me/doxsanplus/113660
Misli Premyer Liqası, 17-ci tur
© Copyright 2026, All Rights Reserved