"Qarabağ"ın hücumçusu komandadan ayrıldı
"Qarabağ" klubunun futbolçusu Redon Cica karyerasını "SSPA Şabab Riadi Beluizdad"da davam etdirəcək.
90plus.az xəbər verir ki, 26 yaşlı albaniyalı hücumçu Əlcəzair təmsilçisi ilə müqavilə bağlayıb.
2023-cü ilin yanvarından "Qarabağ"ın heyətində çıxış edən forvard bu müddətdə komandası ilə üç dəfə Azərbaycan çempionluğu sevinci yaşayıb, bir dəfə isə ölkə kubokunu qazanıb. O, ümumilikdə 73 matçda iştirak edib, 13 dəfə rəqib qapısına yol tapıb və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Klub Redon Cicaya komandaya verdiyi töhfələr üçün təşəkkürünü bildirib və ona gələcək karyerasında uğurlar arzulayıb.
© Copyright 2026, All Rights Reserved