“Qarabağ” Portuqaliyadan oyunçu alır
“Qarabağ”dan Portuqaliya bazarında hərəkətlilik: Joao Qulart gündəmdə!
90plus.az xəbər verir ki, "Qarabağ" transfer bazarında növbəti addımı atmağa hazırlaşır. Ağdam təmsilçisi Portuqaliyanın "Kaza Pia" klubunda çıxış edən Joao Qulart ilə maraqlanır.
Məlumata görə, Azərbaycan çempionu 26 yaşlı mərkəz müdafiəçisi üçün ilkin sorğu göndərib. Hazırda tərəflər arasında rəsmi təklif mərhələsi başlamasa da, transfer ehtimalı ciddi şəkildə müzakirə olunur.
Bildirilib ki, “Kaza Pia” futbolçunun satışına təxminən 1,5 milyon avro qarşılığında razı ola bilər. Qulartın isə mümkün transferə müsbət yanaşdığı qeyd olunur.
Futbolçu cari mövsümdə 22 oyunda meydana çıxıb və 1 qola imza atıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Transferin yaxın günlərdə daha da aydınlaşacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved