“Real Madrid” Toni Kroosu qaytarmaq niyyətinə düşüb
“Real Madrid” Toni Kroosu kluba geri qaytarmaq istəyir.
90plus.az xəbər verir ki, İspaniyanın "Real Madrid" klubu əfsanəvi yarımmüdafiəçisi Toni Kroos ilə yenidən əməkdaşlıq etməyi planlaşdırır.
Məlumata görə, Madrid təmsilçisi alman futbolçunu bu dəfə meydanda deyil, klubun idarəetmə və ya texniki strukturunda görmək istəyir. Bu barədə Diario AS nəşri məlumat yayıb.
Hazırda bu ideya klub daxilində müzakirə olunur və müxtəlif variantlar dəyərləndirilir. Lakin hələlik Toni Kroosa rəsmi təklif göndərilməyib.
© Copyright 2026, All Rights Reserved