Qurban Qurbanov: "Çəkinmirik, məğlubiyyətlər də görmüşük"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında "Ayaks"a qarşı keçirəcəkləri oyun haqda danışıb.
90plus.az xəbər verir ki, "Qarabağ"ın çalışdırıcısı rəqib haqda müsbət danışıb:
”Rəqib dünya futbolunda tanınır. "Ayaks"ın futbolun böyüməsində çox payı olub. Qarşılaşmaya pis hazırlaşmamışıq. Futbolçuların hazırlıq səviyyəsi pis deyil, istəklidirlər. Azarkeşlərin razı qalacağına inanıram. Bu da bizim üçün önəmlidir.
Belə klubların Bakıya gəlməsi futbolumuza sevginin artması, inkişaf üçün böyük təkandır. Azyaşlı oyunçular belə nəhəng klubların Azərbaycana gəldiyini görür. Bu da futbola sevgini daha da artıra bilər. Bizim də təcrübəmiz çoxdur. Böyük klublara qarşı oynamışıq. Çəkinmirik, məğlubiyyətlər də görmüşük. Gələcəyə nikbin baxmaq və böyümək istəyiriksə, bu cür komandalarla oynamaqdan çəkinməməliyik. Belə rəqibə qarşı necə düzgün oynamalıyıq? Bu barədə düşünməliyik. Rəqib yaxşı kollektivdir, dinamik və ağıllı futbol sərgiləyir. Onlara qarşı mübarizə aparacağıq və bəzi şeyləri də öyrənirik”.
© Copyright 2026, All Rights Reserved