“River Pleyt”: 105 oyun dolu tribunalarda
“River Pleyt”dən rekord: 105 oyundur anşlaqda oynayır.
90plus.az xəbər verir ki,Argentina nəhəngi “River Pleyt” dünya futbolunda nadir göstəriciyə imza atıb. Buenos-Ayres təmsilçisi öz meydanında ardıcıl 105-ci dəfə bütün biletləri satılmış oyun keçirib.
Bu rekord göstərici son “Superklasiko” çərçivəsində “Boka Xuniors”a qarşı baş tutan matçda (0-1) rəsmiləşib. “Mas Monumental” stadionunda keçirilən görüşü 85 mindən çox azarkeş tribunadan izləyib. Qarşılaşma bir daha dünya futbolunun ən məşhur derbilərindən birinin miqyasını və gərginliyini nümayiş etdirib.
“River Pleyt” azarkeşlərinin bu davamlı dəstəyi klubun fan bazasının sədaqətini və yüksək marağı açıq şəkildə ortaya qoyur. Bir çox liqalarda tamaşaçı sayının dəyişkən olduğu dövrdə Argentina klubu stadion doluluğu və atmosfer baxımından nümunə göstərməyə davam edir.
Derbi zamanı azarkeşlərin hazırladığı vizual şoular və matç boyu fasiləsiz dəstək beynəlxalq medianın da diqqətini çəkib. Bu mənzərə Argentina futbol mədəniyyətinin qlobal cazibəsini bir daha ön plana çıxarıb.
Bu seriya ilə “River Pleyt” öz rekordunu daha da yaxşılaşdıraraq, futbol dünyasında ən güclü ev dəstəklərindən birinə sahib klub kimi mövqeyini möhkəmləndirib.
© Copyright 2026, All Rights Reserved