"Sportinq"li Salahı üstələdi

"Sportinq"in futbolçusu Viktor Gyökereş "Qızıl buts" uğrunda yarışda Məhəmməd Salahı ötdü-keçdi.
90plus.az xəbər verir ki, 26 yaşlı hücumçu buna Portuqaliya çempionatının 31-ci turunda -"Boavişta" ilə matçda (5:0) poker edərək nail olub.
Qeyd: İsveçli forvard cari mövsüm çempionatda 38 qol vurub və "Qızıl top" üçün (1,5 əmsal) 57 xal toplayıb. Premyer Liqada 28 qola imza atan (2 əmsal) Salah 56 xalla ikincidir.
© Copyright 2025, All Rights Reserved