“Sumqayıt”ın məşqçisi: “Oyundan danışmaq istəmirəm”
Kaplanoviç hakimlikdən narazı qaldı: “Belə şeylərə görə xallar itiririk”.
90plus.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 30-cu turunda “Kəpəz”ə 1:2 hesabı ilə uduzan “Sumqayıt”ın məşqçisi Veliçko Kaplanoviç oyundan sonra sərt açıqlamalar verib.
Mütəxəssis matçdan çox hakim qərarlarından narazı qaldığını gizlətməyib:
“Bu gün təəssüf ki, oyun barədə danışmaq istəmirəm. Hakimlik barədə danışmaq olar, amma onu da istəmirəm. Rəqibi təbrik edirəm. Penalti nə ilə bağlı oldu, anlaya bilmirəm. Həmişə “Sumqayıt”a qarşı belə hallarla üzləşirik. Aydın deyil nəyə görə baş verir. Bəlkə də, əcnəbi məşqçilər olduğumuza görədir. Saşa İliçə qarşı bu artıq neçənci dəfədir. Həmçinin, mənə qarşı. Başa düşə bilmirəm də. Belə şeylərə görə xallar itiririk”.
Kaplanoviç xüsusilə ilk penalti qərarını anlamadığını vurğulayıb:
“İkinci penalti barədə etirazım yoxdur, onu təhlil edəcəyik. Amma birinci penaltini başa düşə bilmirəm. Bir də, İliç heç nə demədən birbaşa qırmızı vərəqə ilə cəzalandırıldı. Anlaya bilmirəm. Hakimin Gəncədən olması, vaxtı ilə “Kəpəz”də oynaması hamı üçün gülməlidir. Məncə, bu haqsızlıqdır. Hər şeydən əvvəl peşəkar olmaq lazımdır. Fərqi yoxdur, hansı şəhərdəndir. Əsas odur, peşəkar yanaşmaq lazımdır”.
© Copyright 2026, All Rights Reserved