Jerar Pike hakimi döymək istəyib
ŞOK İDDİA: Pike 2 illik cəza ala bilər.
90plus.az xəbər verir ki, Jerar Pike ilə bağlı qalmaqallı iddia gündəmə gəlib. Məlumata görə, ispaniyalı sabiq futbolçu hakimə qarşı davranışına görə ciddi sanksiya ilə üzləşə bilər.
İddialara əsasən, Pike “Andorra” – “Albasete” matçından sonra hakimlə yaşanan insident səbəbindən 2 ilədək cəza və klubuna xal silinməsi riski ilə qarşı-qarşıyadır.
Hakim raportunda qeyd olunur ki, Pike matçdan sonra hakimi stadion tunelində təqib edərək ona sərt şəkildə irad bildirib:
“Başqa bir ölkədə olsaydıq, səni döyərdim, amma burada, Andorrada mədəni ölkəyik.”
Məlumatda həmçinin bildirilir ki, məsələ ilə bağlı araşdırma aparılır və qərar verilməzdən əvvəl bütün detallar hüquqi qiymətləndirmədən keçiriləcək.
Hadisə futbol ictimaiyyətində geniş rezonans doğurub və qərarın yaxın günlərdə açıqlanacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved