“Kayuste - İpsviç” taleyi bilinmir
Kayuste - “İpsviç Taun” gələcəyi qeyri-müəyyən qalıb.
90plus.az xəbər verir ki, "Napoli"nin futbolçusu Yens Kayuste ilə “İpsviç Taun” arasında imzalanan transfer razılaşmasının gələcəyi hələlik qeyri-müəyyən olaraq qalır.
Məlumata görə, yarımmüdafiəçinin 7.5 milyon avro dəyərində məcburi satınalma bəndi müəyyən şərtlərdən asılı idi. Bu şərtlərə komandanın Premyer Liqaya yüksəlməsi və futbolçunun oyunların 50 faizində iştirak etməsi daxil idi.
Lakin hazırkı vəziyyətdə həmin şərtlərin tam yerinə yetirilmədiyi bildirilir. Bu səbəbdən transferin avtomatik daimi müqaviləyə çevrilməsi hələlik aktivləşməyib.
Bununla belə, “İpsviç Taun” klubu 7.5 milyon avroluq satınalma opsiyasını iyunun 10-na qədər qüvvədə saxlayır. Klubun yaxın günlərdə futbolçunun gələcəyi ilə bağlı yekun qərar verməsi gözlənilir.
© Copyright 2026, All Rights Reserved