Toni Kroos Xabi Alonsoya dəstək çıxdı
“Real Madrid”in sabiq müdafiəçisi Toni Kross Madrid klubunda baş məşqçi olmağın nə qədər çətin olduğundan danışıb.
90plus.az xəbər verir ki, o, Xabi Alonsonu müdafiə edib bu sözləri dedi:
“Bir məşqçi üçün ən çətin iş ‘Real Madrid’i çalışdırmaqdır, bu, asan deyil. Burada hətta oyunları qazansan belə, heç kim tam razı qalmır. Belə komandalar çox azdır. Heç-heçə etsən və ya uduzsan, klub məğlubiyyətə alışmayıb”, – deyə Kross bildirib.
Almaniyalı sabiq futbolçu qeyd edib ki, Madrid klubunda tənqidlər çox tez başlayır və məşqçinin vaxtı məhdud olur:
“Burada məşqçinin düşünmək üçün çox vaxtı olmur. Bir-iki il sonra necə oynamaq istədiyini planlaşdıra bilməzsən, dərhal nəticə lazımdır. Mən əminəm ki, Xabi Alonso çox yaxşı mütəxəssisdir və Madrid klubunu çalışdırmaq üçün kifayət qədər keyfiyyətə malikdir. O, bu klubun nə demək olduğunu artıq bilir və bunun başına gələ biləcəyini də anlayırdı.”
Kross sözlərini belə tamamlayıb:
“Ona vaxt vermək və sakit qalmaq lazımdır, amma bunu ‘Real Madrid’də etmək çox çətindir.”
© Copyright 2026, All Rights Reserved