UEFA Deklan Raysın hakimi tənqid etməsinə əsəbiləşib
UEFA Deklan Raysın açıqlamalarını araşdırır – cəza ehtimalı var.
90plus.az xəbər verir ki, UEFA Deklan Raysın Çempionlar Liqasındakı son açıqlamalarına görə intizam araşdırması başlatmağa hazırlaşır.
İngiltərə millisinin yarımmüdafiəçisi "Atletiko Madrid"ə qarşı 1:1 hesablı oyundan sonra hakim qərarlarını sərt tənqid edib. Onun bəzi fikirləri UEFA tərəfindən diqqətə alınıb və futbolçunun cəzalandırılması, o cümlədən diskvalifikasiya ehtimalı istisna olunmur - DailyMirror.
Rays oyundan sonra belə danışıb:
“Çempionlar Liqası tam fərqlidir. Hər iki cərimə meydançasında diqqətli olmalısan, çünki hamı maksimumunu verir.”
“Eze ilə olan epizod açıq-aşkar penalti idi. Bilmirəm niyə verilmədi. Düşünürəm ki, ‘Atletiko’ azarkeşləri hakimin qərarına təsir etdi və fikrini dəyişdirdi.”
UEFA-nın yaxın günlərdə məsələ ilə bağlı rəsmi qərar açıqlayacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved