Andrey Demçenko “Araz”dan getdi
“Araz-Naxçıvan” baş məşqçi ukraynalı mütəxəssis Andrey Demçenko ilə vidalaşıb.
90plus.az xəbər verir ki, tərəflər arasında müqavilənin müddəti başa çatdığı üçün əməkdaşlıq davam etdirilməyib. Rəhbərlik Demçenkoya komandadakı fəaliyyətinə görə təşəkkür edib və gələcək işlərində uğurlar arzulayıb.
Andrey Demçenko bu ilin yanvar ayında “Araz-Naxçıvan”ın sükanı arxasına keçmişdi. O, komandanı ümumilikdə 17 rəsmi oyunda meydana çıxarıb. Bu qarşılaşmaların 6-da qələbə qazanan kollektiv, 2 matçda heç-heçə edib.
Naxçıvan klubu 2025/26 mövsümünü Premyer Liqada 6-cı pillədə tamamlayıb. Klubun yaxın günlərdə yeni baş məşqçi ilə bağlı qərar verməsi gözlənilir.
© Copyright 2026, All Rights Reserved