Əfran İsmayılov “Araz”dan ayrıldı
“Araz-Naxçıvan”da ayrılıq yaşanıb. Komandanın məşqçilər korpusunda yer alan Əfran İsmayılov vəzifəsindən ayrılıb.
90plus.az xəbər verir ki, klubun yaydığı açıqlamada bildirilib ki, gənc mütəxəssis rəhbərliklə görüş keçirərək komandadan ayrılmaq qərarını çatdırıb. Tərəflər arasında aparılan müzakirələrdən sonra onun istəyi qəbul olunub.
Qeyd: Əfran İsmayılov son üç mövsüm ərzində “Araz-Naxçıvan”ın məşqçilər heyətində fəaliyyət göstərirdi.
© Copyright 2026, All Rights Reserved