“Milan” bu mövsüm də Luka Modriçdən keçmir
“Milan” Luka Modriçlə bağlı qərarını verib.
90plus.az xəbər verir ki, İtaliya nəhənginin idman direktoru İqli Tare xorvatiyalı yarımmüdafiəçinin komandada qalacağına inandığını bildirib. Klub rəhbərliyi 40 yaşlı futbolçunun daha bir mövsüm “rossoneri”nin formasını geyinməsini istəyir - DAZN
Məlumata görə, təcrübəli oyunçuya yeni müqavilə təklif olunub və tərəflər arasında danışıqlar davam edir. Modriçin yaxın günlərdə gələcəyi ilə bağlı yekun qərarını açıqlayacağı gözlənilir.
Xorvatiya millisinin sabiq kapitanı yaşına baxmayaraq yüksək səviyyədə çıxışı ilə diqqət çəkməyə davam edir. “Milan” rəhbərliyi də onun təcrübəsinin komanda üçün vacib olduğunu düşünür.
© Copyright 2026, All Rights Reserved