“Volfsburq” düşdü, “Paderborn” Bundesliqada
Almaniya futbolunda mövsümün ən böyük sensasiyalarından biri yaşanıb. Vaxtilə Bundesliqanın çempionu olan “Volfsburq” 2025/26 mövsümünün sonunda elitanı tərk edib.
90plus.az xəbər verir ki, Bundesliqada qalmaq uğrunda keçirilən pley-off mərhələsində “Paderborn”la üz-üzə gələn “canavarlar” cavab oyununda məğlub olaraq Bundesliqa 2-yə yuvarlanıb. İlk qarşılaşma qolsuz başa çatmışdı. Cavab matçında isə “Volfsburq” erkən hesabı açsa da, sonda 1:2 hesabı ilə uduzub.
Əlavə vaxtda kapitan Laurin Kurda səhnəyə çıxıb. O, 100-cü dəqiqədə vurduğu qolla komandasını Bundesliqaya daşıyıb. Beləliklə, “Paderborn” 6 illik fasilədən sonra yenidən Almaniyanın ən güclülər dəstəsinə qayıdıb.
Statistik göstəricilər də meydanda üstün tərəfin ev sahibləri olduğunu göstərib. “Paderborn” oyun ərzində rəqib qapısına 39 zərbə endirib, “Volfsburq” isə cəmi 8 dəfə təhlükə yarada bilib.
Bununla da “Volfsburq” 1997-ci ildən bəri ilk dəfə Bundesliqanı tərk edib. Maraqlıdır ki, klub 2008/09 mövsümündə Almaniya çempionu olmuş, 2021-ci ildə isə Çempionlar Liqasına vəsiqə qazanmışdı. İndi isə Alman futbolunun köklü komandalarından biri yeni mövsümü ikinci bundesliqada keçirəcək.
© Copyright 2026, All Rights Reserved