“Barselona” üçün hər şeyə razıdır
Mundo Deportivo-nun məlumatına görə, Kamerunlu hücumçu Karl Etta Eyonq "Barselona"ya keçid arzusunu həyata keçirmək üçün tam qərarlıdır.
90plus.az xəbər verir ki, gənc hücumçu uşaqlıqdan "Barselona" azarkeşi olub və çox güman ki, hələ də belədir. 22 yaşlı "Levante" hücumçusu liqa mövsümünə parlaq başlanğıc edərək ilk 10 oyunda 6 qol vurdu.
Lakin mövsümün ikinci yarısında cəmi bir qol vuraraq həmin ilkin həvəsi söndü.
Əhəmiyyətli geriləməyə baxmayaraq, Eyonq Rusiya nəhəngi CSKA Moskvadan gələn 6 milyon avroluk sərfəli maaş təklifini rədd etdi.
Gənc hücumçu, Robert Levandovskinin ayrılığından sonra yalnız "Barselona"nı gözləmək niyyətindədir. Eyonq əfsanəvi kumiri — Samuel Eto’onun yolunu getmək üçün Hansi Flikin komandаsında ehtiyat oyunçu rolunu oynamağa belə razıdır.
© Copyright 2026, All Rights Reserved