“Neftçi” 3 futbolçusu ilə ayrıldı, biri Abubakar
“Neftçi” üç futbolçu ilə yollarını ayırdı.
90plus.az xəbər verir ki, Bakı təmsilçisi Vensan Abubakar, Edvin Kuç və Kristian Kostinlə başa çatan müqavilələri yeniləməyib.
Abubakar “ağ-qaralar”ın heyətində keçirdiyi 18 oyunda 9 qol vuraraq xüsusilə yadda qaldı. Kamerunlu hücumçu Premyer Liqada orta qol göstəricisinə görə 2025/26 mövsümünün ən yaxşılarından biri olub.
Kuç 44 matçda 1 qol müəllifi olub, Kostin isə 7 görüşdə forma geyinib.
“Neftçi” hər üç futbolçuya xidmətlərinə görə təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.
© Copyright 2026, All Rights Reserved