Antuan Qrizman son ÇL gecəsində ən yaxşı oldu
Antuan Qrizmann Metropolitanoda son ÇL gecəsində “Matçın Ən Yaxşısı” seçildi.
90plus.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Antua Qrizman UEFA Çempionlar Liqasının yarımfinalında “Arsenal”a qarşı keçirilən və 1:1 hesabı ilə başa çatan oyunda “Matçın Ən Yaxşısı” (Man of the Match) adına layiq görülüb.
UEFA-nın rəsmi texniki müşahidəçilərinin açıqlamasında fransız futbolçunun performansı yüksək qiymətləndirilib. Bildirilib ki, Qrizmann oyunun gedişində həm hücumda, həm də müdafiədə komandasına böyük töhfə verib:
“Metropolitano stadionunda “Atletiko” forması ilə son Çempionlar Liqası ev oyununda Qrizmann möhtəşəm çıxış etdi. O, Xulian Alvarez ilə yaxşı kombinasiya quraraq daim təhlükə yaratdı və müdafiə mərhələsində də effektiv oldu.”
35 yaşlı hücumçu cari mövsümdə “Atletiko”nun heyətində 50 oyuna çıxıb. Onun aktivində 14 qol və 5 məhsuldar ötürmə var.
Qeyd: Bu qarşılaşma Metropolitano stadionunda Qrizmannın Çempionlar Liqasında son ev oyunu kimi də diqqət çəkib.
© Copyright 2026, All Rights Reserved